Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (video)

07.05.2021-ci il tarixdə fiziki hazırlıgının fərdi vaxtı göstərilməklə yoxlanılması üçün dəvət edilmiş şəxslərin siyahısı

28.04.2021-ci il tarixdə fiziki hazırlıgının fərdi vaxtı göstərilməklə yoxlanılması üçün dəvət edilmiş şəxslərin siyahısı

23.04.2021-ci il tarixdə fiziki hazırlıgının fərdi vaxtı göstərilməklə yoxlanılması üçün dəvət edilmiş şəxslərin siyahısı

20.04.2021-ci il tarixdə fiziki hazırlıgının fərdi vaxtı göstərilməklə yoxlanılması üçün dəvət edilmiş şəxslərin siyahısı

14.04.2021-ci il tarixdə fiziki hazırlıgının fərdi vaxtı göstərilməklə yoxlanılması üçün dəvət edilmiş şəxslərin siyahısı

09.04.2021-ci il tarixdə fiziki hazırlıgının fərdi vaxtı göstərilməklə yoxlanılması üçün dəvət edilmiş şəxslərin siyahısı

05.04.2021-ci il tarixdə fiziki hazırlıgının fərdi vaxtı göstərilməklə yoxlanılması üçün dəvət edilmiş şəxslərin siyahısı

02.04.2021-ci il tarixdə fiziki hazırlığının fərdi vaxtı göstərilməklə yoxlanılması üçün dəvət edilmiş şəxslərin siyahısı

31.03.2021-ci il tarixdə fiziki hazırlığının fərdi vaxtı göstərilməklə yoxlanılması üçün dəvət edilmiş şəxslərin siyahısı

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının nəzərinə

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2021/2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2021-ci ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2021-ci ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tərcümeyi-hal (abituriyentin şəxsən özü tərəfindən yazılmış);
  • şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
  • hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;
  • tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
  • tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış  sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış;
  • yaşayış yerindən arayış (daimi qeydiyyat yerində yaşamadığı halda);
  • 4 ədəd 6x4 sm ölçüdə fotoşəkil ağ fonda, 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil qırmızı fonda(tünd rəngli pencəkdə);
  • Dövlət İmtahan Mərkəzinin rəsmi saytında təsdiqlənmiş abituriyentin elektron ərizəsi.

 Xüsusi həkim ekspertiza komissiyasına təqdim edilən sənədlər:

  • DƏRİ-ZÖHRƏVİ  dispanserindən arayış, qanın RW markerinə görə müayinəsinin nəticəsi ilə;
  • RUHİ-ƏSƏB dispanserindən arayış;
  • NARKOLOJİ dispaserindən arayış;
  • VƏRƏM  dispanserindən arayış , Döş qəfəsi orqanlarının rentgen müayinəsinin nəticəsi ilə;
  • Son  5 il ərzində qeydiyyatda olduğu poliklinikaya müraciəti haqqında arayış;
  • Qanın İİÇV (HİV) antitellərinə görə müayinəsi;
  • Burunətrafı ciblərin rentgenoqrafiyası;
  • Sidiyin ümumi analizi;
  • COVİD-19 test analizi (təqdim olunan anda 2 günlük müddətdən artıq olmamaqla.

Qeyd: Bütün arayışların qeydiyyat tarixi, nömrəsi, imzası və möhürü olmalıdır. 

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Sənədlər mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin edilmiş vaxtda dəvət edilməklə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Abituriyentlər aşağıda qeyd edilmiş telefon və ya “WhatsApp” nömrələrinin birinə ad, soyad, ata adı, təvəllüd və telefon nömrəsini göndərməklə dəvət olunacağı gün və saat barədə məlumat əldə edə bilərlər.

Əlaqə telefonları:  (012) 512-41-61;  (012) 512-41-20.

WhatsApp: (055) 375-14-14.

Həmçinin, daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin (www.fhn.gov.az) və Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) rəsmi internet saytlarından əldə etmək olar.

Digər məlumatlar

FHN Akademiyasının rəisi beynəlxalq forumda iştirak edib

14 may 2021-ci il tarixində Ukrayna Milli Mülki Müdafiə Universitetinin təşkilatçılığı, Azərbaycan, Latviya, Polşa və Gürcüstan nümayəndələrinin iştirakı ilə onlayn rejimdə "Dövlət təhlükəsizliyini təmin etmək üçün dövlət idarəetməsinin effektiv mexanizmlərinin formalaşdırılması" adlı beynəlxalq forum keçirilib....

Ardını oxu

Yay mövsümünün yaxınlaşması ilə əlaqədar FHN-in yanğın təhlükəsizliyinə dair əhaliyə müraciəti (video)

Havaların isinməsi və yay mövsümünün yaxınlaşması kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi və insanların təbiət qoynunda istirahətə marağının artması ilə müşayiət olunur....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu