Geri

Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Havaların soyuması ilə əlaqədar olaraq əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:

  • qaz cihazı saz və standartlara uyğun olmalı;
  • cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
  • havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
  • hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
  • tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Digər məlumatlar

FHN Akademiyasının rəisi beynəlxalq forumda iştirak edib

14 may 2021-ci il tarixində Ukrayna Milli Mülki Müdafiə Universitetinin təşkilatçılığı, Azərbaycan, Latviya, Polşa və Gürcüstan nümayəndələrinin iştirakı ilə onlayn rejimdə "Dövlət təhlükəsizliyini təmin etmək üçün dövlət idarəetməsinin effektiv mexanizmlərinin formalaşdırılması" adlı beynəlxalq forum keçirilib....

Ardını oxu

Yay mövsümünün yaxınlaşması ilə əlaqədar FHN-in yanğın təhlükəsizliyinə dair əhaliyə müraciəti (video)

Havaların isinməsi və yay mövsümünün yaxınlaşması kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi və insanların təbiət qoynunda istirahətə marağının artması ilə müşayiət olunur....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu