Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

07 dekabr 2019-cu il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...

07 dekabr 2019-cu il saat 18:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Səbail rayonunda "Volkswagen" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

07 dekabr 2019-cu il saat 15:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan tikilinin yanar konstruksiyaları yanıb...

07 dekabr 2019-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Binəqədi, Suraxanı və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 6 müraciət daxil olub.

07 dekabr 2019-cu il saat 08:15-dək:

Lənkəran şəhərinin Səpnəkəran kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 38 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb.

07 dekabr 2019-ci il saat 00:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonunun Savalan kəndində “Seat” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

06 dekabr 2019-cu il saat 22:15-dək:

Füzuli rayonunun Kərimbəyli kəndində ümumi sahəsi 80 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 35 m² sahədə yanıb.

06 dekabr 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

06 dekabr 2019-cu il saat 20:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonu ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

06 dekabr 2019-cu il saat 20:15-dək:

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 67 m² olan 4 otaqlı mənzilin 2 otağında 2 ədəd yataq dəsti, digər otağında 1 ədəd xalça və 2 m² sahədə döşəmə yanıb.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr